AZƏRBAYCANDA BEYNƏLIXALQ SƏVİYYƏLİ TİBBİ TREYNİNQLƏR KEÇİRİLMİŞDİR
Məlumat verdiyimiz kimi, uzun fasilədən sonra Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in təşkilatı dəstəyi ilə 1-4 dekabr 2022-ci il tarixlərində növbəti VII Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilmişdir. Tədbirin ilk günündə zoom platforması üzərindən Azərbaycanda və regionda nadir mərkəzlərdə edilən unikal cərrahi əməliyyatlar hesab edilən aşırı piylənməyə görə Laparoskopik Sleeve qastrektomiya, düz bağırsağın şişinə görə laparoskopik ön rezeksiyası və mədənin xərçənginə görə Laparoskopik gastrektomiya əməliyyatları canlı olaraq icra edilərək tədbir iştirakçıları üçün translyasiya edilmişdir. Tədbirin 2-ci günü akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində akt zalına birbaşa translasiya ilə daha 3 canlı əməliyyatlar icra edilmiş və Almaniyadan və Türkiyədən gəlmiş aparıcı mütəxəssislər tərəfindən mühazirələr oxunulmuş və aktiv diskussiyalar təşkil edilmişdir. Laparoskopik cərrahiyyənin ağır patalogiyalardan biri olan divertikulitə görə Laparoskopik soltərəfli hemikolektomiya və mədənn selikaltı törəməsinə görə endoskopik mukozektomiya əməliyyatları azərbaycanlı və xarici mütəxəssislər tərəfindən uğurla icra edilmişdir. Günün ikinci yarısında azərbaycanlı və xarici mütəxəssislərin birgə rəhbərliyi və Bio Litech firmasının təşkiatı dəstəyi ilə Lazer proktologiya üzrə mühazirələr, diskussiyalar və canlı əməliyyatlar da daxil olmaqla ustad dərsləri verilmişdir. Bu master klas çərçivəsində treninq iştirakçıları üçün xüsusi modellər üzərində treyninqlər təşkil edilmiş, hər bir iştirakçının şəxsi iştirakı ilə canlı əməliyyatlar icra edilmişdir. Paralel olaraq Almaz Akademiyası Tibbi Treynionq Mərkəzində Laparoskopik və Ümumi cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasəslə müayinə, reanimasiya, tibb baciları kursu üzrə treyninqlər təşkil edilmişdir. Avropada tibb mütəxəssislərinin öyrədilməsi məqsədilə istifadə edilən müasir proqramla əsasında və xüsusi modellər və mulyajlar üzərində təşkil edilmiş bu treyninqlərdə Azərbaycandan, Özbəkistandan, Tacikistandan və Türkiyədən olmaqla 200 nəfər iştirakçı iştirak etmişdir. Treyninqlərə qatılan iştirakçıların 30 nəfərinin xarici iştirakçı olması Azərbaycanın region ölkələri üçün tibbin inkişafı baxımından artan rolunun göstəricisidir.
Read more»Beynəlxalq Tibbi Treninqdə 60 xarici mütəxəssis iştirak edir
Bu gün Bakıda işə başlayan Beynəlxalq Tibbi Treninqdə Azərbaycanın bütün bölgələri təmsil olunur, bəzi iştirakçılar tədbirə zoom proqramı üzərindən qoşulub. Treninqlərdə 300-dən çox iştirakçı qeydiyyatdan keçib, onlardan 60 nəfəri Hindistan, Tacikistan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrdən gələnlərdir.
Read more»