Əsas səhifə


          Hörmətli həkimlər, rezidentlər! Əziz tələbələr!

Nəzərinizə çatdırırıq ki, 3-5 may 2019-cı il tarixlərində Bakıda növbəti 5-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcəkdir. Cərrahiyyə, onkologiya, qastroenterologiya, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş konqresin işində referent qismində Almaniya, Türkiyə, İsveçrə və Avstriyanın Universitet klinikalarında çalışan  20-ə yaxın tanınmış professorlar iştirak edəcəkdir. Tədbirin gedişində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlərlə iştirakçılar arasında maraqlı mühazirələr, diskussiyalar və bilik mübadiləsi ilə paralel olaraq müzakirələr və bilik mübadiləsi ilə paralel yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcəkdir. Konqreslə eyni zamanda 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri çərçivəsində laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasonoqrafiya və.s. üzrə tibbi treyninqlərin də keçirilməsi planlaşdırılır. Treninqlər Avropada Davamlı Tibb Təhsili verən müəssisələrdə tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə keçiriləcəkdir. Bu il də ötən illərdə olduğu kimi Milli Onkologiya Mərkəzi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin, canlı əməliyyatların və mürəkkəb xəstələrin müzakirəsinin də keçirilməsi planlaşdırılır. Konqres və treyninqlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı Avropa institutları tərəfindən də davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunacaqdır (ötən il 34 CME balı).

Hər birinizi konqres və treyninqlərimizdə görməkdən, və tədbiri barədə fikir və təkliflərinizi eçitməkdən çox məmnun olardıq! Tezliklə görüşənədək,

Böyük hörmət və ehtiramla

Konqresin prezidenti,  professor Qurbanxan Müslümov

Ətraflı məlumat: agtmed-congress.com  

 

Təşkilatçılar:

Prof. Qurbanxan Müslümov
mobile: +99450 3103201
e-mail: gmuslumov@gmail.com
Dr. med. Deniz Uyak
mobile: +49172 4069934
e-mail: d.uyak@t-online.de

Koordinatorlar:
Pərviz Əliyev: parvizalijev@gmail.com
Vüqar Behbudov: behbudovv@gmail.com
Tapdıq Məmmədov: tapdiq.mammadov@gamca.az

Əlaqə:
Ünvan: Həsənbəy Zərdəbi Str., ev 77a, AZ1100, Bakı, Azərbaycan
Tel: (+994 12) 533-06-34, Vüqar Behbudov (+994 55) 342-81-81,
Tapdıq Məmmədov (+994 55) 839-19-19
E-mail: info@agtmed-congress.com
Veb: http://agtmed-congress.com/[/vc_column_text][/vc_column][/vc_row]

© Azerbaijan - German - Turkish Medical Congress 2015-2018